Gəncədə həyata keçiriləcək layihə ilə bağlı iclas keçirilib. Bu haqda 1 noyabr tarixində Fed.az-a istinadən məlumat veririk.
Aidiyyəti dövlət qurumlarının və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələrinin iştirakı ilə “Yaşıl şəhər” Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılmış İdarəedici qrupun növbəti iclası baş tutub. Görüş virtual formatda təşkil olunub. İclasa iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sədrlik edib.
Burada Tədbirlər Planı üzrə görülmüş işlər, əldə olunmuş nəticələr, təklif olunan strateji yanaşmalar barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Nizami yurdu ötən il ölkədə ilk pilot şəhər olaraq, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Yaşıl Şəhərlər Proqramına qoşulub. Əsas məqsəd “yaşıl” gələcəyə keçidi dəstəkləmək üçün investisiya qoyuluşu və digər tədbirlər vasitəsilə şəhərin ekoloji məsələlərinin həllinə kömək göstərilməsidir.