“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə transferlərlə bağlı açıqlama verib. Bu haqda 21 iyul tarixində Report-a istinadən məlumat veririk.
“Şamaxı” ilə oyundan sonra açıqlama verən Vahabzadə Kot-d’İvuardan olan hücumçu İves Lüsyenlə bağlı qərarın hələlik verilmədiyini bildirib. Onun sözlərinə görə, Rauf Əliyevlə Əfran İsmayılov və baxışda olan Samir Abdullayev hələ tam hazır deyillər.
“Digər müqavilə bağladığımız əcnəbi futbolçuları isə bu matçda oynatdıq. Onlar daha əvvəl də bizimlə birlikdə yoxlama oyunlarında iştirak etmişdilər. Rauf Əliyevlə Əfran İsmayılov isə ilk oyunlarını keçirdilər. Onlar hələ fiziki baxımdan tam hazır deyillər. Ancaq təcrübəli olduqları meydanda göründü. Düşünürəm ki, çempionatın əvvəlinə kimi müəyyən faiz də olsa, fiziki formalarını bərpa edərlər”, – deyə baş məşqçi qeyd edib.
Həmçinin bildirilib ki, 29-30 iyul tarixlərində “Kəpəz” “Şamaxı” ilə yenidən yoxlama oyununda qarşılaşa bilər.