14.7 C
Gence
14.7 C
Gence

Yüksək nəticə göstərən müəllimlər təltif ediliblər

Gəncədə yüksək bal toplayan müəllimlərlə görüş keçirilib. Bu haqda 6 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatına istinadən məlumat veririk.

2021-2022-ci tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərərək ümumtəhsil məktəblərinə təyin olunan müəllimlərlə görüş baş tutub. Tədbirdə təşkilatın sədri Ramil Orucov, millət vəkili Müşfiq Cəfərov, müəllim adını qazanmış gənclər iştirak ediblər.

Ramil Orucov müəllimləri təbrik edib və yeni tədris ilində onlara uğurlar arzulayıb. Onlar YAP Gəncə şəhər təşkilatının Fəxri Fərmanı ilə təltif ediliblər.

Görüşdə iştirak edən müəllimlərin nəticələri aşağıdakı kimidir:

  • Günay Novruzzadə – tarix müəllimi 99,75 bal;
  • Röyal Mehdizadə – tarix müəllimi 97,5 bal;
  • Pərvanə Məmmədova – tarix müəllimi 96,75 bal;
  • Lamiyə Aydınova – Azərbaycan dili və ədəbiyyat müəllimi 95 bal.

Ən Çox Oxunan