5.8 C
Gence
5.8 C
Gence

Yüksək nəticə göstərən müəllimlərə hədiyyələr təqdim edilib

Gənc müəllimlərlə görüş keçirilib. Bu haqda sentyabrın 17-si Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Sözügedən tədbir 10 nömrəli tam orta məktəbdə təşkil edilib. Görüşdə adıçəkilən qurumun müdiri Anar Qədiməliyev, onun müavini Rövşən Kərimov, millət vəkili Pərvin Kərimzadə və təhsil işçiləri iştirak ediblər.

Gənc müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyi bildirilib.

Sonda müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərən müəllimlərə hədiyyələr təqdim edilib.

Ən Çox Oxunan