Gəncədə tamaşa nümayişi baş tutub. Bu haqda Gencexeber.az-a 26 may tarixində məlumat daxil olub.
Tədbir Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Gəncə Dövlət Universitetinin tələbələri İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər. Rejissor Aliyə Qasımovadır.
Tamaşada GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Gənclər Evinin, Heydər Əliyev Mərkəzinin rəhbərləri, Gənclər və İdman Baş idarəsinin rəisi, millət vəkili Pərvin Kərimzadə və GDU-nun tələbələri iştirak ediblər.