Gəncədə psixoloji təlim keçiriləcək. Bu haqda 15 avqust tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Tədbir Psixologiya kursunun rəhbəri Sevda İbrahimova tərəfindən keçiriləcək. Təlimin mövzusu “Şəxsiyyət pozuntuları” olacaq. Seminar 19 avqust tarixində saat 11:00-da Gənclər Evində baş tutacaq.
Qatılmaq istəyənlər WhatsApp qrupuna qoşularaq qeydiyyatdan keçməlidirlər. İştirak ödənişsizdir.
Qeyd edək ki, Gənclər Evi 28 May küçəsi, 34 ünvanında yerləşir.