19.7 C
Gence
18.5 C
Ganja

Xocalının Yaloba kənd muzeyinin kollektivi Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin kollektivi Nizami Gəncəvi məqbərəsini və Nizami muzeyini ziyarət ediblər. Bu haqda 11 noyabr tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Məqbərənin bələdçisi qonaqlara Nizami Gəncəvi haqda ətraflı məlumat verib. Sonra muzeyin bələdçisi oradakı sərgi və ekspozisiya barədə danışıb.

Sonda xatirə şəkilləri çəkdirilib.