Gəncədə xaricdə təhsillə bağlı seminar baş tutacaq. Bu haqda Gencexeber.az-a 19 aprel tarixində məlumat daxil olub.
“Çörəyin dadı” adlı seminarı “Xaricdə Çörək” platforması təşkil edəcək. Burada 5 spiker çıxış edəcək. Tədbir 23 aprel saat 15:00-da “Kitab Oxu Coffee-shop”da keçiriləcək. Seminarda aşağıdakı mövzular barədə danışılacaq:
- Almaniya və Rumıniyada Erasmus+;
- EVS proqramı və Beynəlxalq layihələrdə iştirak;
- Türkiyədə siyasi bilgilər və tibb təhsili.
Təlimdə iştirak ödənişsizdir. Qatılmaq istəyənlər https://forms.gle/x6APrmk8XaSJ5s2e9 linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.