Gəncədə master-klas baş tutacaq. Bu haqda 30 oktyabr tarixində Gənclər Evinə istinadən xəbər veririk.
“Xarıbülbül” simvolunun lentdən hazırlanma prosesi öyrədiləcək. Master-klas 31 oktyabr və 1 noyabr tarixində saat 15:00-da Gənclər Evində təşkil olunacaq.
Ustad dərsi Tikiş və Toxuculuq kursunun rəhbəri Xatirə Məmmədova tərəfindən keçiriləcək.
Master-klasda iştirak ödənişsizdir. Qeydiyyat və ətraflı məlumat üçün (050) 350 99 67 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.
Qeyd edək ki, ustad dərsi Regional Gənclər və İdman İdarəsinin və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutacaq.