26.9 C
Gence
23.5 C
Ganja

“Xanuma” pyesi əsasında hazırlanmış tamaşaya ictimai baxış baş tutub

Gəncədə yeni hazırlanmış tamaşaya ictimai baxış keçirilib. Bu haqda 10 iyun tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Tədbirdə icra başçısı Niyazi Bayramov, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin teatr sektorunun müdiri Vəfa Novruzova, YAP Gəncə şəhər təşkilatının sədri, şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Gəncə Dövlət Dram Teatrının direktoru iştirak ediblər. Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa YUĞ Dövlət Teatrının baş rejissoru Mikayıl Mikayılovun quruluşunda təqdim olunub. Əsərin ikinci rejissoru Şahmar Məmmədov, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Leyla Əliyeva, xoreoqrafı Zeynəb Hüseynovadır.

Əsas rolları Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Yunis, Ramiz Vəliyev, Novruz Cəfərov, Sevda Orucova, İlham Hüseynov, Kəmalə Məmmədova və digər aktyorlar ifa ediblər. Tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. “Xanuma” əslində ağıllı və hazırcavab Qafqaz qadınına həsr olunmuş əsərdir. Müəllif Qafqazda yaşayan gürcüləri və azərbaycanlıları, xüsusən onların qadınlarını sevə-sevə vəsf edir.