16.4 C
Gence
16.4 C
Gence

Xan bağı yeni mövsümə hazır vəziyyətə gətirilir

Gəncədə daha bir ərazidə mövsümi güllər əkilib. Bu haqda 1 aprel tarixində MKTİB-yə istinadən məlumat veririk.

Söhbət Xan bağından gedir. Tarixi bağ yaşıllığın növ zənginliyinə görə Qafqazda ən nadir parklardan biri sayılır. Bura həm şəhərin qonaqlarının, həm də sakinlərin ən sevdiyi məkanlardan biridir.

Ötən gün MKTİB-nin Yaşıllaşdırma şöbəsi burada yaz fəslinin gəlişi ilə əlaqədar olaraq mövsümi güllər əkib. Həmçinin mövcud yaşıllığa aqrotexniki qulluq göstərilib.

Bildirilib ki, bu ay bağa əlavə olaraq zanbaq və xanna güllərinin əkilməsi də nəzərdə tutulur.

Ən Çox Oxunan