20.8 C
Gence
20.8 C
Gence

Xan bağında qurumuş ağaclar niyə kəsilmir?

Gəncədə bu parkda ağaclar quruyur. Bu haqda 4 may tarixində Azərtac-a istinadən məlumat veririk.

Söhbət şəhərin Xan bağından gedir. Şəhər sakinləri həm dincəlmək, həm də gəzmək üçün böyükdən-kiçiyə hamının üz tutduğu bu parkın əsas problemlərindən birinin qurumuş ağaclar olduğunu deyirlər: “Yaxşı olardı ki, park ərazisində qurumuş ağacları və onların budaqlarını kəsib təmizləyərdilər. İnsanlar istirahət edən zaman güclü külək olarsa, qurumuş ağaclar əsl təhlükə mənbəyinə çevrilir. Xahiş edirik, aidiyyəti qurumlar bu məsələni diqqətdə saxlasınlar”.

Mütəxəssis Hüseyn İdrisov isə ağacların quruma səbəbindən danışarkən deyib ki, ilkin müşahidələr zamanı ağacların qurumasına səbəb kimi bitki üçün lazımi qidanın, suyun düzgün verilməməsi və kənar mühitin təsiri görünür. Qurumuş ağaclardan əmələ gələn bakteriyalar və göbələklər digər ağacları yoluxduraraq, onları da inkişafdan saxlaya bilər.

MKTİB-nin Yaşıllaşdırma şöbəsinin rəisi Elmar Əzizov bu məsələnin tezliklə həll olunacağını bildirib: “Park ərazisində hər hansı bir ağacın və ya onun budağının quruması ilə bağlı müvafiq ekoloji idarələrə müraciət edirik. Müraciətimiz əsasında ekoloqlar müvafiq rəy verirlər və dərhal tədbir görürük. Xan bağının bəzi yerlərində ağacların sıx olması onun təbii quruluşuna görədir. Bəzən bu sıxlıq səbəbindən bir çox yerdə ağacları budamaqda çətinlik çəkirik. Park ərazisindəki qurumuş ağaclar və ağac budaqları ilə bağlı artıq aidiyyəti qurumlara müraciət etmişik. Müraciətimizə baxıldıqdan sonra dərhal müvafiq tədbirlər görəcəyik”.

Ən Çox Oxunan