Gəncədə Xalq yazıçısı ilə görüş baş tutub. Bu haqda 9 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Xalq yazıçısı Çingiz Abdullayevin yeni nəşr olunan “Oliqarx” seriyasının təqdimatı və imza günü keçirilib. Tədbirdə icra başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, KİV nümayəndələri və kitabsevərlər iştirak ediblər. Görüş müzakirələr, sual-cavab və səmimi söhbət şəraitində keçib. Burada yazıçı təqdimatı keçirilən “Oliqarx” seriyası barəsində öz fikirləri ilə bölüşüb.
Çingiz Abdullayev bu seriyanın satışından əldə olunacaq gəliri “YAŞAT” Fonduna ianə edəcəyini bildirib. O, həmçinin Vətən müharibəsi haqda da danışıb.
Görüş zaman yazıçı gənclərə daim mütaliə ilə məşğul olmağı, savadlı mütəxəssis kimi yetişməyi və gələcəkdə Vətənimiz naminə daha böyük işlərə imza atmaqlarını tövsiyə edib.

