12.5 C
Gence
10.5 C
Ganja

Xəzangül Hüseynovanın iki yeni kitabı təqdim olunub

Gəncədə təqdimat mərasimi baş tutub. Bu haqda 8 iyul tarixində Regional Mədəniyyət İdarəsinə istinadən məlumat veririk.

Tədbir İcra Hakimiyyətinin dəstəyi, Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə AYB Gəncə bölməsində keçirilib. Burada Əməkdar mədəniyyət işçisi, tanınmış şair, dramaturq Xəzangül Hüseynovanın kitabları təqdim olunub.

Şair və yazıçılardan Rəfiqə Sadıqova, Bayram Apoyev, Aydın Murovdağlı, Saleh Qurbanov, İnqilab İsaq, Aləmzər Əlizadə, Ümbülbanu, Cavanşir Atəş, Zahir Şirani, Vüsal Hicran, Zülfiyyə Yaqub, Eltun Türkel, Gülnarə Sadiq, Mələk İsmayıl, Minayə Abdullayeva, Lətif Zərgər, Fatimə Kalışqızı, Eldar İsayev, Bəxtiyar Muradov Xəzangülün “Göy dili” və “Yapon şeir formaları və düşüncələr” kitabları haqqında xoş təəssüratlarını bildiriblər, müəllifi yeni kitabları münasibətilə təbrik ediblər.

AMEA-nın Gəncə bölməsinin nümayəndəsi Əlimuxtar Muxtarov, jurnalistlərdən Firəngiz İdrisqızı, Fatma Cəfərova, Mərkəzləşdirilmiş kitabxana sisteminin əməkdaşları, Mir Cəlal Paşayevin Ev-Muzeyinin direktoru İradə Paşayeva, həmin idarənin bələdçisi Dilbər Orucova, 43 saylı orta məktəbin keçmiş şagirdi Aqşin Əsgərli, aktyorlardan Əməkdar artist Rahilə Məmmədova, Mətləb Təhmazi, Günay Xanlarqızı, İmişlidən gələn şair Valeh Bahaduroğlu şairin yaradıcılığından nümunələr söyləyib, ona yaradıcılıq uğurları arzulayıblar.

Ən Çox Oxunan