Gəncədə sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikası aparılıb. Bu haqda 23 may tarixində 17 nömrəli məktəbə istinadən məlumat veririk.
İşlər şəhər Təhsil İdarəsində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən görülüb. Uşaqların durumu haqda rəylər veriləcək. Onlar xüsusi və ya ümumi təhsil müəssisələrinə cəlb olunacaqlar.
Qeyd edək ki, dərslərin təşkilinə Gəncə şəhər Təhsil İdarəsi nəzarət edir.