23 C
Gence
18.5 C
Ganja

Əvvəlki illərdə attestat ala bilməyənlər üçün imtahan təşkil olunacaq

Gəncədə eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında iştirak üçün qeydiyyat aparılır. Bu haqda 25 noyabr tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün imtahanlar təşkil olunacaq. Sənəd qəbulu  10 noyabr – 16 dekabr tarixlərində onlayn formatda həyata keçiriləcək. İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri (eyni zamanda bir ünvandan) [email protected] elektron ünvanına göndərməlidirlər:

Tələb olunan sənədlər

Tam orta təhsil səviyyəsi üzrə ərizə

Ümumi orta təhsil səviyyəsi üzrə ərizə

Qeyd edək ki, təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi halda, eksternat qaydada imtahanlarda iştirak barədə ərizə təsdiq edilməyəcək və ərizəçinin elektron poçt ünvanına bu barədə müvafiq bildiriş göndəriləcək.