14.1 C
Gence
11.5 C
Ganja

Vilayət Eyvazov sakinləri qəbul edəcək

Daxili işlər nazirinin Gəncə sakinləri ilə görüşü təşkil olunacaq. Bu haqda 3 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sakinlərlə görüşəcək. Tədbir 15 noyabr tarixində Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında baş tutacaq.

Qəbula qatılan vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb olunur.

Tədbirdə iştirak etmək istəyən sakinlər 14 noyabr tarixinədək yaşadıqları ərazinin polis orqanından, sosial şəbəkələrdəki səhifələrindən və mia.gov.az saytından müraciət edə bilərlər.

Ən Çox Oxunan