5.8 C
Gence
5.8 C
Gence

“Valideynlərlə qarşılıqlı fəaliyyət formaları” mövzusunda təlim baş tutub

Gəncədə valideynlər üçün təlim təşkil olunub. Bu haqda 26 noyabr tarixində sosial şəbəkələrdə məlumat paylaşılıb.

Tədbir “Uğura gedən yolun başlanğıcı” layihəsi çərçivəsində keçirilib. 13 nömrəli tam orta məktəbin şagirdlərinin valideynləri “Valideynlərlə qarşılıqlı fəaliyyət formaları” mövzusundakı təlimdə bir araya gəliblər. Onlara mövzu barədə məlumat verilib.

Sonda layihə rəhbəri Gülnar Hüseynova təlimdə iştirak edən şəxslərin proqram barədə fikirlərini, təkliflərini dinləyib.

Ən Çox Oxunan