10.3 C
Gence
10.3 C
Gence

Valideyn himayəsindən məhrum gənclər üçün layihə həyata keçiriləcək

Gəncədə SOS Uşaq kəndinin məzunları üçün layihə start götürəcək. Bu haqda 1 dekabr tarixində Apa-ya istinadən məlumat veririk.

“Azercell Telekom” MMC Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində valideyn himayəsindən məhrum gənclərin təhsili, peşəkar inkişafı və işlə təmin olunması istiqamətində layihə həyata keçirəcək. Proyekt SOS Uşaq kəndlərində və icmalarda böyüyən 15-25 yaş aralığında 100 gənci əhatə edəcək.

Məqsəd gəncləri iş bazarına hazırlamaq, mövcud fəaliyyətlərinin əhatəsini genişləndirmək və şəxsi inkişafları üçün yeni təşəbbüslər yaratmaqdır. Layihə Gəncə ilə yanaşı, Bakı və Sumqayıtda da həyata keçiriləcək.

İlk növbədə 8 moduldan ibarət məşğulluğa hazırlıq və kiçik sahibkarlıq mövzularında onlayn təlimlər keçiriləcək. Burada Liderlik, Kommunikasiya bacarıqları təlimləri, Maliyyə Savadlılığı kimi praktiki modullar, İnsan Qaynaqları menecerləri ilə müsahibələrin keçirilməsi planlaşdırılıb.

Vebinarlar “YouthLinks” platforması üzərindən təqdim olunacaq. Layihənin növbəti mərhələsində iştirakçıların bilik, bacarıq və istəklərinə uyğun müxtəlif peşə təlimlərinə cəlb edilməsi nəzərdə tutulub. Yekunda isə peşə hazırlığını uğurla bitirmiş gənclər həmin sahələrdə müxtəlif biznes nümayəndələrinin yanında təcrübə və mentorluq proqramı keçə biləcəklər.

Ən Çox Oxunan