19.7 C
Gence
19.7 C
Gence

V-VI sinif şagirdləri arasında üzgüçülük yarışı baş tutub

Gəncədə məktəblilər arasında yarış keçirilib. Bu haqda 25 aprel tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Üzgüçülük yarışı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutub. Burada V-VI sinif şagirdləri iştirak ediblər. Olimpiya İdman Kompleksində keçirilən yarışın məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığını təmin etmək, eləcə də bu idman növünün təbliği və inkişafına nail olmaqdır.

29 aprel tarixində yarışın final mərhələsi təşkil ediləcək. Müvafiq yerlərə layiq görülmüş şagirdlər hədiyyə və təşəkkürnamə ilə təltif olunacaqlar.

Ən Çox Oxunan