Gəncədə yeni layihə baş tutacaq. Bu haqda Gencexeber.az-a 20 noyabr tarixində məlumat daxil olub.
“Algo Academy” 2 günlük ödənişsiz sosial “Təhlükəsizlik təlimi” layihəsi keçirəcək. Burada iştirakçılar məlumatlarının təhlükəsizliyinə sahib olmaq və özünü qorumaq haqqında maariflənəcəklər. Təlim 2 və 3 dekabr tarixlərində saat 14:00-dan 16:00-dək davam edəcək. Tədbirdə hər kəs iştirak edə bilər.
Təlimdə aşağıdakı mövzular olacaq:
- Kibertəhlükəsizlik nədir?
- Bank Məlumatlarının Qorunması;
- Şəxsi Məlumatların Təhlükəsizliyi;
- Kibercinayətkarlardan məlumatlarınızı necə qoruya bilərsiniz?
- Məlumatlarınız oğurlandığı halda nə etməlisiniz?
- Sosial şəbəkələr və veb-saytlarda aldadıcı reklamları necə ayıra bilərsiniz?
Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olmalıdırlar:
https://forms.gle/z5qswMx4yfbzPefs6
Tədbir Cavad Xan, 47 ünvanında baş tutacaq. Ətraflı məlumat üçün (077) 444 90 10 nömrəsi ilə əlaqə saxlamaq olar.