25.5 C
Gence
17.5 C
Ganja

Vətəndaşlar ASAN xidmətdə təhsil xidmətlərindən yararlana biləcəklər

Gəncədə ASAN xidmət mərkəzində təhsil xidmətləri göstəriləcək. Bu haqda 9 sentyabr tarixində Report-a istinadən məlumat veririk.

Bu gündən etibarən 2 saylı Gəncə Regional ASAN xidmət mərkəzində vətəndaşlar təhsil xidmətlərindən yararlana biləcəklər. Bu barədə Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O, bu il ASAN xidmət mərkəzlərində 1673 nəfərə təhsil xidmətlərinin göstərildiyini bildirib.

“Təhsillə bağlı elektron xidmətlər müxtəlif platformalar üzərindən aparılır. Məsələn, şagird qəbulu, yerdəyişməsi və s. Bu ilin sonuna qədər bütün elektron təhsil xidmətlərini portal.edu.az platforması üzərində cəmləşdirmək niyyətindəyik”, – deyə Rzayev qeyd edib.