Vətən müharibəsi iştirakçıları işlə təmin olunub. Bu haqda aprelin 20-si Gancapost.info-ya istinadən xəbər veririk.
Gəncədə 14 nəfər Vətən müharibəsi iştirakçısı polis orqanlarına qəbul olunub. Onlar sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edəcəklər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinə müraciət etmiş Vətən müharibəsi iştirakçılarından 3 nəfər Samux, 7 nəfər Göygöl və 2 nəfər Daşkəsən rayonlarındandır.