Gəncədə könüllülərin təşəbbüsü ilə tamaşa nümayiş olunub. Bu haqda 29 iyul tarixində Apa-ya istinadən məlumat veririk.
“Dəmir Yumruq” əsəri 2 saylı Gəncə regional ”ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən səhnəyə qoyulub. Azərbaycan Yazıçılar Birliyinin Gəncə Regional Bölməsinin sədri Xəzangül Hüseynovanın ssenarisi əsasında aktyor-rejissor Mətləb Təhmazinin quruluş verdiyi tamaşanın premyerası olub.
Əsər 44 günlük Vətən müharibəsindən bəhs edir, gənclərin maarifləndirilməsi baxımından önəm daşıyır. Tamaşada igidlərimizin, şəhidlərimizin qəhrəmanlığından, Azərbaycan Prezidentinin müharibədə yürütdüyü müdrik siyasətdən bəhs edilib.