13 C
Gence
8.5 C
Ganja

Vətən müharibəsi şəhidinin ailəsi ilə görüş keçirilib

Gəncədə şəhid ailəsi ilə görüş təşkil olunub. Bu haqda 2 oktyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.

Vətən müharibəsi zamanı şəhid olan İsmayıl Mustafayevin ailəsi ilə görüş keçirilib. Görüş Mərkəzi Kitabxananın Xidmət şöbəsində baş tutub. Tədbirin əvvəlində şəhidlərimiz bir dəqiqəlik sükutla yad ediliblər. Daha sonra şəhidimizə həsr olunmuş videoçarx nümayiş olunub.

Görüşdə şəhidimizin ata-anası, doğmaları, yaxınları, qonşuları, döyüş dostları, qazilər  və şəhidlərin valideynləri iştirak ediblər. Onlar İsmayıl haqqında xatirələrini danışıblar.

Həmçinin tədbirdə iştirak edən filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva və qazilər cəmiyyətinin sədri Vüsal Qurbanov şəhid ailələrinə səbir diləyib və onların yanında olduqlarını bildiriblər.

Görüşün sonunda 21 nömrəli məktəbin şagirdləri şəhidlərə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.

Qeyd edək ki, İsmayıl Elmar oğlu Mustafayev Prezident tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ən Çox Oxunan