Gəncədə hüquqi aksiya təşkil ediləcək. Bu haqda 23 dekabr tarixində 1 saylı Vəkil Bürosuna istinadən məlumat veririk.
Aksiya “28 dekabr-Vəkil Günü” peşə bayramı ilə əlaqədar təşkil olunur və bütün şəhər sakinlərinə şamil edilir. Burada 28 dekabr tarixində saat 9:00-dan 18:00-dək 1 saylı Vəkil Bürosunun vəkilləri ödənişsiz hüquqi yardım göstərəcəklər.
Görüş büronun inzibati binasında təşkil olunacaq. Ünvan Cavad xan küçəsi, 53-dür.