19.1 C
Gence
19.1 C
Gence

Vəkillər Kollegiyasının üzvləri tərəfindən ödənişsiz hüquqi yardım göstərilib

Gəncədə həssas əhali qrupundan olan şəxslərə hüquqi yardım göstərilib. Bu haqda 9 iyul tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) istinadən məlumat veririk.

Azərbaycanda İnsan Hüquqları günü münasibətilə baş tutan yardım kampaniyası BMT-nin ölkəmizdəki nümayəndəliyi, Ombudsman Aparatı və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə keçirilir. Həssas əhali qruplarından olan çoxsaylı vətəndaşlara Vəkillər Kollegiyasının üzvləri tərəfindən mülki, sosial, iqtisadi, inzibati və ailə hüquqi məsələləri, həmçinin məişət zorakılığı ilə bağlı işlər və digər sahələrdə ödənişsiz hüquqi yardım göstərilib.

Ən Çox Oxunan