Gəncədə tələbələr fləşmob keçirib. Bu haqda Gencexeber.az-a 4 noyabr tarixində məlumat daxil olub.
Tədbir Heydər Əliyev Park Kompleksində baş tutub. Azərbaycan Texnologiya Universitetinin tələbələri Zəfər Günü münasibətilə “Dəmir Yumruğu” əks etdirən fləşmob göstəriblər. Onlar Dövlət Himnini səsləndiriblər və Vətən müharibəsi şəhidlərini yad ediblər.
Fləşmobu izləyənlər Zəfər Günündən, Ali Baş Komandanın həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatından, ordumuzun gücünü və əsgərlərimizin rəşadətini bütün dünyaya göstərən Şuşa əməliyyatından danışıblar.
Qeyd edək ki, fləşmobun xareoqrafı Mobil Qarayev olub.