24.7 C
Gence
24.7 C
Gence

UTECA-nın rektor əvəzi yeni tələbələrlə görüşüb

Gəncədə yeni qəbul olunmuş tələbələrlə görüş keçirilib. Bu haqda 23 sentyabr tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən məlumat veririk.

UTECA-nın rektor əvəzi Yaşar Ömərov Qida mühəndisliyi fakültəsinə qəbul olan birinci kurs tələbələri ilə görüşdə onları təbrik edərək, təhsildə uğurlar arzulayıb. O, fakültə, universitetin imkanları, ictimai həyatı, tədrisin təşkili ilə bağlı məqamlar, beynəlxalq layihələr, mübadilə proqramları, universitetdə fəaliyyət göstərən tələbə cəmiyyətləri barədə məlumat verib.

Yaşar Ömərov yeni tələbələrə onların yaxşı mühəndis və mütəxəssis kimi yetişmələri üçün təhsil müddətində universitetin bütün imkanlarının səfərbər ediləcəyini bildirib.

Ən Çox Oxunan