16.4 C
Gence
16.4 C
Gence

UTECA-nın professoru dünyasını dəyişib

Gəncədə professor dünyasını dəyişib. Bu haqda 19 avqust tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən məlumat veririk.

Fizika və riyaziyyat elmləri doktoru, professor Bayram Zeynal oğlu Əliyev 81 yaşında vəfat edib. O, UTECA-nın Fizika kafedrasında dərs deyib.

Bayram Əliyev 1970–1974-cü illәrdә Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Maddә quruluşu kafedrasının assistenti, 1974–1975-ci illәrdә isə Azәrbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gәncә) filialında direktor vәzifәsindә çalışıb. 1975-ci ildə o, Texnologiya Universitetinin Fizika və kimya kafedrasının müdiri təyin olunub. Professor 160-dan çox elmi әsәrin müәllifidir.

Ən Çox Oxunan