10.3 C
Gence
10.3 C
Gence

UTECA, GİA və KOBİA nümayəndələri görüşüb

Gəncədə imzalanacaq yeni memorandumla bağlı görüş baş tutub. Bu haqda 2 iyun tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən məlumat veririk.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), UTECA, İnkişaf Korporasiyası və “Gəncə İş Adamları” İctimai Birliyi tərəfindən Gəncə-Daşkəsən iqtisadi rayonunda sənayenin qabaqcıl texnologiyalar əsasında inkişafı layihəsi icra ediləcək. Proqram üzrə anlaşma memorandumunun hazırlanması ilə bağlı məsələlərin müzakirə edilməsi üçün görüş təşkil olunub. Burada UTECA-nın rektorunun tədris və sənaye üzrə müşaviri, GİA-nın Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə nümayəndəliyinin rəhbəri Aqil Eyvazov və universitetin əməkdaşı İsmayıl Həsənzadə, KOBİA İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov iştirak ediblər.

Tədbirdə klaster yanaşmasına uyğun əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutan layihənin hazırlanılmasının təfərrüatları haqda fikir mübadiləsi aparılıb. Həmçinin tərəflərin vəzifə və öhdəlikləri müzakirə olunub.

Ən Çox Oxunan