5.8 C
Gence
5.8 C
Gence

UTECA-da tələbə elmi konfransının təşkili ilə bağlı proqram müzakirə olunub

Gəncədə Tələbə Elmi Cəmiyyətinin (TEC) sədrləri və müavinləri ilə görüş keçirilib. Bu haqda 13 aprel tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən məlumat veririk.

Təhsil müəssisəsində Elm və xarici əlaqələr üzrə müşavir Mayıs Gülalıyev Avtomatika, Telekommunikasiya və İnformatika və Qida mühəndisliyi fakültələrinin TEC sədrləri, onların müavinləri, elmi işlər üzrə dekan müavinləri və təşkilat üzvləri ilə görüşüb. Tədbir Oxu zalında keçirilib. Görüşün məqsədi növbəti ay keçiriləcək tələbə elmi konfransının universitetdə təşkili ilə bağlı proqramın müzakirəsi olub. Burada gündəlik məsələlər haqda danışılıb.

Müşavir tezis və məqalələrin yazılması qaydalarını izah edib. O, bildirib ki, yaxın günlərdə gənc müəllim və tələbələr üçün ayrıca təlim keçəcək.

Ən Çox Oxunan