10.3 C
Gence
10.3 C
Gence

UTECA-da respublika elmi-praktik konfransı baş tutub

Gəncədə respublika elmi-praktik konfransı keçirilib. Bu haqda 4 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

8 Noyabr – Zəfər Gününə həsr olunan “Müasir elmin aktual çağırışları və nailiyyətləri” adlı tədbir Azərbaycan Texnologiya Universitetində təşkil olunub. İlk öncə universitet ərazisində ucaldılan Şəhidlər abidəsi ziyarət edilib. Daha sonra Bayraq Meydanında təşkil olunan tələbələrin əl işlərindən ibarət “Zəfərə imza atdıq” adlı rəsm sərgisinə baxış keçirilib.

Konfransın plenar iclasında Elm və innovasiyalar üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, iqtisad elmlər doktoru Mayıs Gülalıyevin “Elmin qlobal çağırışlarına lokal reaksiya”, Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı Rövşən Hacıyevin isə “İnformasiya-Kommunikasiya Texnologiyalarında müasir elmin aktual çağırışları və nailiyyətləri” mövzularında məruzələri dinlənilib.

Respublika elmi-praktik konfransı Qida sənayesi, Logistika, Yüngül sənaye, İnformasiya texnologiyaları və kompüter, Metal və materiallar mühəndisliyi, İqtisadiyyat və menecment, Davamlı inkişaf, yaşıl və nanotexnologiyalar, Multikultural təhsildə innovativ yanaşmalar olmaqla 8 istiqamət üzrə müəyyənləşib.

Ən Çox Oxunan