Gəncədə universitetlərdən biri yarışlar təşkil edir. Bu haqda 27 aprel tarixində UTECA-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universitetində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş müxtəlif idman yarışları üzrə birinciliyə start verilib. Yarışlar universitetin əməkdaşları və tələbələri arasında keçirilir. İlk günün oyunlarında Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dosent Yaşar Ömərov da iştirak edib. Burada stolüstü tennis idman növü üzrə mübarizə gedib.
Yarışda 16 qadın və kişi əməkdaş iştirak edib. Olimpiya sistemi üzrə keçirilən yarışda birinci yerə bütün rəqiblərinə qalib gələn İnzibati idarəetmə və kommersiya kafedrasının əməkdaşı Şakir Əlizadə layiq görülüb.