Dahi şairin irsinin qorunması ilə bağlı tədbir keçiriləcək. Bu haqda sentyabrın 1-i Regional Mədəniyyət idarəsinə istinadən məlumat veririk.
“Ulu öndərin Nizami Gəncəvinin irsinin təbliğində rolu” adlı tədbir idarənin təşkilatçılığı və İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək.
Tədbir 10 sentyabr tarixində saat 11:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Tədbirdə hər kəs iştirak edə bilər.