Gəncədə şəhid ailələrinin iştirakı ilə tədbir təşkil olunub. Bu haqda 26 aprel tarixində YAP Gəncə şəhər təşkilatına istinadən məlumat veririk.
Tədbir “Ulu öndər Heydər Əliyevin Şəhid ailələrinə qayğısı” mövzusunda baş tutub. Görüş Regional Mədəniyyət İdarəsi, Heydər Əliyev Mərkəzi və İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Mühafizəsi Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Burada ümummilli lider Heydər Əliyevin Gəncəyə səfərlərindən bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Süleyman Əliyev, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Yazıçı-jurnalist Nüşabə Əsəd Məmmədli, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Gəncə Regional İdarəsinin rəisi Muzadil Həsənov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Mühafizəsi Mərkəzinin sədri Sitarə İsrafilqızı, Şəhid Rauf Əsgərovun anası Briliyant Əsgərova, şəhid İsmayıl Mustafayevin anası Xuraman Mustafayeva, şəhid Vüsal Məmmədovun anası Səbinə Məmmədova çıxış ediblər.
Bundan başqa, Şəhid Orxan Həsənovun övladları Heydər Əliyevə həsr edilən şeirlər oxuyublar, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının vokalisti Vasif Bayramov və Dünya Məktəbinin şagirdləri musiqilər səsləndiriblər.