Gəncədə tibb işçiləri üçün konfrans keçiriləcək. Bu haqda 16 iyul tarixində sosial şəbəkələrdə məlumat paylaşılıb.
“Uşaqlarda şəkərli diabet” mövzusunda konfrans 23 iyul tarixində şəhərin Səhiyyə İdarəsində olacaq. Tədbir Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub. İştirakçılara kredit balı və sertifikat veriləcək. Burada uşaqlarda şəkərli diabetin erkən diaqnostikası, müasir müalicəsi, klinik gedişatları, MODY tipləri, neonatal diabet, pəhriz, ketoasidoz, şəkərli diabetdə ur (zob) xəstəliyi, xəstələrin müalicəsinə müasir yanaşmaya dair məruzələr olacaq.
Qatılmaq istəyən pediatr və neonatoloqlar https://medidoc.az/ saytında qeydiyyatdan keçə bilərlər.