Gəncədə maarifləndirmə tədbiri keçirilib. Bu haqda 13 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
“Uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri” adlı tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə 44 nömrəli məktəb-lisey kompleksində yeniyetmə məktəblilər üçün təşkil olunub. Burada Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Maarif Quliyev, məktəbin psixoloqları Jalə Qurbanova və Samirə Mahmudova tərəfindən “Uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri” haqqında maarifləndirmə məruzəsi icra edilib.
Tədbirə şagirdlər, valideynlər və müəllimlər qatılıblar. Görüş auditoriya ilə qarşılıqlı diskussiya şəklində davam etdirilib. Sonda mövzu ilə əlaqəli videoçarx nümayiş olunub.