Gəncədə ödənişsiz rəsm dərsləri keçiriləcək. Bu haqda 8 aprel tarixində “EDU Company”yə istinadən məlumat veririk.
“EDU Company” Təhsil Şirkəti kampaniya təşkil edir. Kursda 20 aprel tarixindən uşaqlar üçün ödənişsiz rəsm dərsləri baş tutacaq. Kampaniyadan 60 nəfər faydalana biləcək.
Maraqlanan şəxslər (077) 556-05-02, (070) 565-12-02 nömrələri ilə əlaqə saxlaya bilərlər. Son müraciət tarixi 19 apreldir.
Qeyd edək ki, təhsil mərkəzi Cavadxan küçəsi, 10 ünvanında – “İstanbul” restoranının yanında yerləşir.