Gəncədə uşaqlar üçün tamaşa göstəriləcək. Bu haqda avqustun 17-si İticket.az-a istinadən məlumat veririk.
Gəncə Dövlət Dram Teatrında “Fiksi-şou” baş tutacaq. Tamaşa 24 dekabr tarixində səhnələşdiriləcək. Hər biri 1 saat olmaqla 12:00 və 15:00-da iki seans təşkil ediləcək.
Rus dilində olan tədbirdə yaş məhdudiyyəti olmadan hər kəs iştirak edə bilər. 5 yaşa qədər uşaqlar valideynlərin müşayiəti ilə ayrıca oturacaq almadan ödənişsiz gətirilə bilər.
Qiyməti 10, 15 və 20 manat olan biletlər artıq satışa çıxarılıb.