17.5 C
Gence
17.5 C
Gence

Uşaqlar üçün yaradılmış futbol meydançasının bərpaya ehtiyacı var

Gəncədə futbol meydançası yararsız hala düşüb. Bu haqda Gencexeber.az-a 14 aprel tarixində məlumat daxil olub.

Söhbət şəhərin Dədə Qorqud küçəsindən gedir. 9-cu kvartalda, bina 1A-nın qarşısında yerləşən meydança sınıq-salxaq vəziyyətdədir. Çoxmənzilli binaların kiçik sakinlərinin asudə vaxtının səmərəli keçirilməsi üçün yaradılan guşə yararsız haldadır.

Futbol üçün hasarlanmış meydançanın dəmirləri çürüyüb, çəpər bir çox yerdə cırılıb. Döşəməsi isə nahamar, daşlı və köhnə asfalt örtüyündən ibarətdir. Burada yağışdan sonra gölməçələr yaranır.

Qeyd edək ki, adıçəkilən ərazidə yolda asfalt örtüyü yoxdur. Yağıntılı hava şəraitində hər yan palçıq olur, bu da sakinlərin hərəkətini çətinləşdirir.

Ən Çox Oxunan