Gəncədə daha bir yarış təşkil olunub. Bu haqda 9 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Yunan-Roma güləşi üzrə turnir Zəfər Gününə həsr edilib. Şəhər birinciliyi uşaqlar və yeniyetmələr arasında keçirilib. Burada öncə Nizami yurdunun güləşçilərinin uğurlarından söz açılıb.
Yarış qarşıdan gələn Respublika əhəmiyyətli birinciliklərə, həmçinin beynəlxalq səviyyəli turnirlərə hazırlıq məqsədi daşıyıb.
Sonda qaliblər Gəncə-Daşkəsən Regional Gənclər və İdman Baş İdarəsi tərəfindən medallar və diplomlarla təltif olunublar.