Gəncədə həftəsonu şənliklər baş tutacaq. Bu haqda 26 may tarixində “Gəncə Mall”a istinadən məlumat veririk.
Tədbirlər “Gəncə Mall”da keçiriləcək. 27 may tarixində (şənbə) saat 16:00-da şəhərimizin balaca sakinləri və qonaqları üçün maskotlar gələcək, şar və köpük şouları təşkil olunacaq.
Mayın 28-i (bazar) isə saat 16:00-dan 17:00-dək “Şur” muğam və “Mübarək” rəqs qruplarının çıxışları olacaq.
Qeyd edək ki, əyləncə proqramlarında iştirak ödənişsizdir. İstəyən hər kəs qatıla bilər.