Gəncədə bilik yarışı baş tutub. Bu haqda 5 may tarixində Regional Mədəniyyət idarəsinə istinadən məlumat veririk.
Heydər Əliyevin 100 illik yibileyinə həsr olunmuş viktorina Uşaq İncəsənət məktəbində təşkil olunub. Yarış nəzəriyyə şöbəsində keçirilib. Şagirdlər “Zəfər”, “Hünər”, “Ugur” və “Qələbə” komandalarına bölünərək sual-cavab turnirində mübarizə aparıblar.
Burada Heydər Əliyevin həyat və fəaliyyətinə dair suallar verilib, Azərbaycan xalq musiqisi nümunələrindən parçalar səsləndirilib. Viktorinanın sonunda “Qələbə” komandası yüksək nəticə qazanaraq birinci yerin sahibi olub.
Məktəbin direktoru Təvəkgül Hüseynli qalib komandanı təbrik edərək mükafatlandırıb.