Gəncədə xəstəxanaların birində tədbir baş tutub. Bu haqda 20 noyabr tarixində Şəhər Birləşmiş Xəstəxanasına istinadən xəbər veririk.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir təşkil olunub. Burada həkim-pediatrlar və patronaj tibb bacıları iştirak ediblər. Psixoloq Aysel Allahverdiyeva uşaq hüquqlarının pozulması və onların istismarı haqda danışıb.
Tədbirdə, həmçinin uşaq hüquqlarının müdafiəsi və məlumatlılığın artırılması barədə məlumat verilib.
Görüş “Cavadxan” Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Nurlana Zeynalova və Yeni Gəncə ASM-in şöbə müdiri Vüsalə Məmmədovanın təşkilatçılığı ilə keçirilib.