16.4 C
Gence
16.4 C
Gence

Uşaq bağçalarında yeməklərin çeşidləri genişlənib

Gəncədə bir neçə uşaq bağçasında qidalanmada dəyişiklik olub. Bu haqda 22 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Gəncədə pilot olaraq ilk dəfə 7 bağçada uşaqların qida rasionuna dəyişiklik edilib. Belə ki, yeməklərin çeşidi genişlənib. Uşaqların qidalanması üçün həftəlik menyular təqdim olunur. Həmin menyular bağçanın girişində və Facebook səhifəsində paylaşılır.

Yeni menyuya uyğun olaraq, qidalanma gündə 5 dəfə olaraq həyata keçirilir. Burada müəyyən salatlar da verilir.

Bildirilib ki, Gəncədə 42 uşaq bağçası fəaliyyət göstərir. Onların mərhələli şəkildə yeni qidalanma prosesinə keçidi nəzərdə tutulub.

 

Ən Çox Oxunan