Şuşada şəhidlik zirvəsinə ucalan xüsusi təyinatlı qüvvələrin giziri Anar Nağıyevin həyat yoldaşı bildirib ki, o, hər iki arzusuna çatdı – həm Şuşanı gördü, həm də şəhadətə yüksəldi. Bu haqda Gencexeber.az 30 sentyabr tarixində Azertag.az-a istinadən xəbər verir.
“Yoldaşım Şuşanın işğal altından azad olunan gün, noyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Özünə həmişə şəhidlik arzu edib, şəhidliyin hər kəsə nəsib olmayan ən uca zirvə olduğunu deyirdi” – bu sözləri mərhumun yoldaşı Gülnar Nəzərova deyib.
Qeyd edək ki, şəhid gizir Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub.