Gəncədə küləyin törətdiyi fəsadlar aradan qaldırılır. Bu haqda Gencexeber.az-a 25 mart tarixində məlumat daxil olub.
Bir neçə gün öncə güclü külək şəhərdə bir sıra fəsadlara yol açıb. Gülüstan qəsəbəsində 12 nömrəli tam orta məktəbin qarşısında yerləşən binanın dam örtüyü uçub. Bu gün MKTİB işçiləri tərəfindən orada təmir işləri aparılıb.