24.8 C
Gence
24.8 C
Gence

Şuşa əməliyyatında şücaət göstərən şəhidin adına ehsan bulağı inşa edilir

Şuşa döyüşlərində şücaət göstərən şəhidin adına Gəncədə bulaq tikilir. Bu haqda Gencexeber.az-ın müxbiri 23 oktyabr tarixində xəbər verib.

Nadir Abbasquliyev adına inşa edilən ehsan bulağı Təbriz küçəsi, 197 ünvanında yerləşir. İşlər şəhid atasının təşəbbüsü ilə reallaşır.

Nadir Elçin oğlu Abbasquliyev Gəncə şəhərində doğulub. Nadir Abbasquliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Döyüş əməliyyatlarına şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Nadir Abbasquliyev ölümündən sonra aşağıda göstərilən medallar ilə təltif olunub:

  • “Vətən uğrunda” medalı;
  • “Cəsur döyüşçü” medalı;
  • “Şuşanın azad olunmasına görə” medalı.
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan