16.9 C
Gence
12.5 C
Ganja

“Tynda Music”in konserti keçirilib

Gəncədə konsert proqramı baş tutub. Bu haqda Gencexeber.az-a 15 noyabr tarixində məlumat daxil olub.

Tədbir Gəncə Dövlət Filarmoniyasında təşkil olunub. Burada “Tynda Music” qrupu çıxış edib. Orkestr şəklində çıxış edən musiqiçilər məşhur bəstəkar Einaudinin əsərlərini səsləndiriblər.

Qeyd edək ki, qısa zamanda populyarlaşan “Tynda Music”in təsisçisi qazaxıstanlı musiqiçi dirijor Aydos Mendaliyevdir. Qrup klassik musiqi ilə yanaşı, film və cizgi filmlərindən məşhur saundtrekləri səsləndirir.

Ən Çox Oxunan